Gəncləri öz hədəflərinə daha yaxın etmək məqsədilə bölgələrdə "İdeya Qazandı"verilişinin investorları ilə görüşlər keçiriləcək. SİA-nın məlumatına görə, görüşdə investorlar biznes təcrübələri sirrləri ilə gənclər və gənc sahibkarlar ilə bölüşəcək. Görüşlərdə gənclər həmçinin verilişdə iştirak qaydalarını öyrənib investorlarla birbaşa tanış olmaq imkanını əldə edəcəklər. Tədbirlər Quba, Gəncə, Şəki, Qəbələ və Lənkəran şəhərlərində keçiriləcək.
İlk görüş 17 Oktyabr – Quba şəhəri, Quba Gənclər Mərkəzi, saat 9:00-da keçiriləcək.
Giriş hər kəs üçün açıqdır. Tədbirdə iştirak etmək üçün İdeya Qazandı facebook səhifəsindən qeydiyyatdan keçmək lazımdır.
Növbəti görüşlər aşağıdakı qrafik üzrə həyata keçəcək.
23 Oktyabr,– Gəncə şəhəri
4 Noyabr,– Şəki şəhəri
5 Noyabr,– Qəbələ rayonu
8 Noyabr,– Lənkəran şəhəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB