QHT Məktəbi müsabiqə elan edir

Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən QHT Məktəbi öz loqosunun müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edir.

Mərkəzdən SİA-ya verilən xəbərə görə, QHT Məktəbinin əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını və prinsiplərini təbliğ etmək, QHT nümayəndələrinin bilik və bacarığını artırmaq, eləcə də bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etməkdir. Müsabiqənin şərtlərinə görə özündə QHT Məktəbinin məqsəd və vəzifələrini, habelə maarifçilik və inkişafı ehtiva edən loqo qalib gələcəkdir. Orijinallığı Qiymətləndirmə Komitəsi tərəfindən ən yaxşı loqonu hazırlayan şəxsə Gənclər üçün Təhsil Mərkəzinin diplomu və 300 manat pul mükafatı veriləcək.

Əvvəllər yaradılmış loqolara və ya onların komponentlərinə tam uyğun gələn nümunələr müsabiqədən kənarlaşdırılacaq.

Arzu edənlər loqo təklifini (bir nəfər maksimum 3 loqo versiyası təqdim edə bilər) hazırlayaraq, 1 noyabr 2014-cü il saat 18:00-dan gec olmamaq şərtilə [email protected] elektron poçtuna təqdim etməlidir. Müsabiqəyə təqdim edilən loqolar böyük olçülü "JPG" və digər uyğun formatlarda olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə