Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin mərkəzi aparatında struktur dəyişiklikləri davam etdirilir. Bu gün rəyasət heyətinin iclasında qəbul olunmuş qərarla aparatın təhsil və kadrlar, hüquqi təminat və ictimaiyyətlə əlaqələr şöbələri ləğv edilib. Ərizə və şikayətlər, kadrlar və qanunvericilik təminatı şöbələrindən ibarət hüquq və kadrlar idarəsi yaradılıb. İdarənin rəisi vəzifəsinə hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev təyin edilib.
Qərarın digər bəndinə əsasən, mərkəzi aparatın təhsil şöbəsi yaradılıb və Nuridə Quliyeva şöbənin rəisi təyin olunub. "Elm qəzet"i, "Elm və həyat" jurnalı, www.science.az veb-portalı və ictimaiyyətlə əlaqələr şöbəsindən ibarət ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi də yaradılıb.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, struktur islahatlarının məqsədi akademiyanın fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun təmin etmək, hüquqi təminat bazasını möhkəmləndirmək və idarəetmə strukturunu təkmilləşdirməkdir. Təhsil və kadr siyasətinin müasir səviyyədə qurulması, informasiya və elmin kütləviləşdirilməsi sahələrində fəaliyyətin səmərəliliyinin artırılması da islahatların hədəflərindənd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB