Zığ gölünün ekoloji vəziyyəti yaxşılaşdırılacaq

Azərbaycan Prezidenti Sərəncam imzalayıb
Zığ gölünün ekoloji vəziyyəti yaxşılaşdırılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zığ gölünün ekoloji vəziyyəti yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri ərazisində yerləşən Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə