Oktyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda rəsmi səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə son illər dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycanın iqtisadi uğurları fonunda Azərbaycan-Fələstin iqtisadi əlaqələrinin imkanlarına toxunulub. Fələstin dövlətinin Azərbaycanla əlaqələrə böyük maraq göstərdiyi nəzərə alınaraq, qarşılıqlı faydalı əməkdaşlığın stimullaşdırılması üçün ilk növbədə işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının vacibliyi qeyd olunub.
Müasir dünyada regional münaqişələrdən danışarkən, tərəflər anoloji problemlərin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinin zəruri olduğunu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB