AMEA Rəyasət heyətinin növbəti iclası keçirilib FOTO

AMEA Rəyasət heyətinin növbəti iclası keçirilib FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib və ilk olaraq Coğrafiya İnstitutunun iqlim dəyişmələri sahəsində apardığı tədqiqatların nəticələrindən söz açıb.

O bildirib ki, iqlimdə qlobal miqyasda baş verən dәyişmәlәr son dövrün әn böyük təbii fəlakətlərindəndir: "Dünya alimləri səylərini problemin həlli istiqamətində kökləyiblər və Azərbaycan tədqiqatçıları da bu istiqamətdə mühüm nəticələrlə öz töhfələrini verməkdədir".

Sonra adıçəkilən institutun direktoru, akademik Ramiz Məmmədov sözügedən nəticələrə dair "İqlim dәyişmәlәri, onların Xәzәr dәnizi ekosisteminә tәsiri" adlı məruzə ilə çıxış edib. Bildirib ki, alimlərin gәlәcәkdə hava şәraitinin daha ekstremal olacağı, qısa vә soyuq qış aylarının isti aylarla ilә әvәzlənəcəyi, mövsümlәrdә sutka әrzindә hәdsiz isti vә şaxtaların bir­birini әvәz edəcəyi ilə bağlı proqnozları özünü doğrultmaqdadır. İnstitutdakı tədqiqatların nəticələrinə görә 1880­2010­cu illәrdə ölkә әrazisindә temperaturun dәyişmәsi müxtәlif regionlarda 0,2­dәn 0C­yә qәdәr tәşkil edir vә son 40 il әn isti dövr kimi qiymәtlәndirilir. Gәdәbәy, Naxçıvan, Lәnkәran, Şuşa vә Ağstafada son 105 il әrzindә yağıntının miqdarı azalıb. İqlim dәyişmәlәri Xәzәr dәnizinin ekosisteminә ciddi tәsir göstәrir. Məruzəyə dair müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə tədqiqatların müvafiq elmi-tәdqiqat müәssisәlәri ilә әmәkdaşlıq çərçivəsində genişlәndirilməsi tövsiyə olunub.

İclasda Rəyasət Heyətinin Mərkəzi Aparatında yeni struktur dəyişiklikləri haqqında da qərar qəbul olunub. Belə ki, Təhsil və kadrlar, Hüquqi təminat və İctimaiyyətlə əlaqələr şöbələri ləğv edilib. Ərizə və şikayətlər, Kadrlar və Qanunvericilik təminatı şöbələrindən ibarət Hüquq və Kadrlar İdarəsi yaradılıb. İdarənin rəisi vəzifəsinə hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev təyin edilib.

Qərarın növbəti bəndinə əsasən Mərkəzi Aparatın Təhsil şöbəsi yaradılıb və rəisi Nuridə Quliyeva təyin olunub.

"Elm qəzeti", "Elm və həyat" jurnalı, www.science.az veb-portalı və İctimaiyyətlə əlaqələr şöbəsindən ibarət İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi də yaradılıb.

XX əsrdə azərbaycanlıların soyqırımı və deportasiyasına dair elmi tədqiqat işlərini daha da genişləndirmək, ədəbi əsərlər və sənədli-bədii filmlər hazırlamaq məqsədilə AMEA-da komissiya və "Azərbaycanlılara qarşı soyqırımı tarixi" muzeyinin yaradılması haqqında da qərar qəbul olunub. Sənəddə Qafqazşünaslıq İnstitutunun yaradılması ilə bağlı müvafiq qaydada vəsatət qaldırılması da qeyd olunur.

İclasda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun "Kibernetika" Xüsusi Konstruktor Bürosunun Rəyasət Heyətinin tərkibinə keçirilməsi də qərara alınıb.

Görkəmli fiziklər - əməkdar elm xadimi, akademik Maqsud Əliyev 90, akademik Təyyar Cəfərov isə 75 illik yubileyləri ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif ediliblər.

Sonda AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinin icrası tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyliyə həvalə edilib. Tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Mərkəzi Elmi Kitabxananın fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru təyin olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə