"AMEA institutlarının maliyyələşdirilməsi prinsipi dəyişdirilir" AÇIQLAMA

"AMEA institutlarının maliyyələşdirilməsi prinsipi dəyişdirilir" AÇIQLAMA

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının maliyyələşdirilməsi prinsipi dəyişdirilir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında AMEA prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, institutların maliyyələşdirilməsi tam deyil, nisbətən dəyişdirilir: "İnstitutlara büdcə vəsaiti xüsusi proqramlar üzrə ayrılacaq. Xüsusi proqramlara büdcə maliyyəsi ayrılacaq. Orada iştirak edən gənclərə xüsusi mükafatlar veriləcək. Bu təcrübə dünyada var. AMEA da ilk dəfə bu addımı atır. Güman edirəm ki, nəticəsi müsbət olacaq".

A.Əlizadə qeyd edib ki, maliyyələşdirmə üçün proqramlar seçilərkən multidiskiplinar tədqiqatlara üstünlük veriləcək. Bu proqramlar Azərbaycan elminin prioritet istiqamətlərinə uyğun olmalıdır. Proqramların seçimini xüsusi komissiya aparacaq. Seçilən poqramlar əlavə maliyyə vəsaiti ilə təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə