AMEA sədri: "Azərbaycan bu sahədə bəzi MDB ölkələrindən geridə qalır" AÇIQLAMA

AMEA sədri: "Azərbaycan bu sahədə bəzi MDB ölkələrindən geridə qalır" AÇIQLAMA

"Bu gün Azərbaycan alimlərinin nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələr çap etdirmə səviyyəsi pis deyil. Ancaq istərdik ki, bu, daha yaxşı olsun. Çünki Azərbaycan bu sahədə bəzi MDB ölkələrindən geridə qalır. Bu jurnallarda məqalə çap etdirməyə tələbat çox yüksəkdir. O tələbata uyğun məqalələr hazırlanır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlər - gənc alimlərin mükafatlarla stimullaşdırılması, onların tədqiqat aparması məqsədi ilə cihazlardan istifadə imkanlarının artırılması sayəsində Azərbaycanda belə alimlərin sayı getdikcə artacaq.

A. Əlizadə onu da qeyd edib ki, bu gün Azərbaycan alimləri dünya elminə bəzi töhfələr verə biliblər: "Azərbaycan alimlərinin seysmiklik və palçıq vulkanlarının öyrənilməsi sahəsində öz dəst-xətləri var. Bu gün Azərbaycan alimləri dünya palçıq vulkanlarının ikicildlik atlasını hazırlayaraq dünya elminə yeni töhfə veriblər. Digər tərəfdən, neçə illərdir ki, Avropada Adron Kollayder qurulub. Bu işdə bizim alimlərimizin fizikləri mühüm rol oynayır. Burada çalışan 6-7 Azərbaycan aliminin öz dəst-xətti var. Digər tərəfdən, bizim kimyaçılarımızın neft-kimya sahəsinə böyük töhfələri var".

Bütün xəbərlər Facebook səhifəmizdə