Bakıda gənc alim və mütəxəssislərin I beynəlxalq konfransı keçirilir FOTO
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Respublikasının Neftçilər Gününə və "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin I beynəlxalq konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransda dünyanın 30-dan çox ölkəsindən 60-a yaxın gənc alim iştirak edib.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu" mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu gün ölkəmiz günü-gündən inkişaf edir: "Gənclərimizin bu inkişaf dakı rolu danmaq olmaz. Akademiya olaraq da gənclərinə böyük imkanların yaradılması üçün bütün lazımi addımlar atılır".
Məlumat üçün bildirək ki, elmi tədbir AMEA-nın təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Elm Fondu"nun maliyyə dəstəyi ilə baş tutub.
Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində texnika, yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqaməti özündə birləşdirən 4 sessiyada 300-ə yaxın məruzə dinlənilib. Yerli gənc alimlərimiz bu konfrans vasitəsi ilə xarici həmkarları ilə fənlərarası elmlərin qovşağında əldə etdikləri elmi nəticələri birgə müzakirə etmək imkanı qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB