"Türkiyə Suriya ilə sərhədləri açmalıdır"

Kobani hər an “İraq-Şam İslam Dövləti” terror təşkilatının nəzarətinə keçə bilər.
"Türkiyə Suriya ilə sərhədləri açmalıdır"

Bunu Fransa prezidenti Fransua Olland bildirib. Onun sözlərinə görə, Türkiyə İŞİD-ə qarşı döyüşən Suriyadakı kürd əsgərlərinə yardımların çatdırılması üçün sərhədi açmalıdır.

Bundan əlavə Olland bütün ölkələri İŞİD-ə qarşı yaradılmış koalisiyaya yardım etməyə çağırıb. O əlavə edib ki, Fransa hökuməti bundan sonra da Suriyaya yardımlar göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə