Stepan Poltorak yeni Müdafiə naziri oldu

Stepan Poltorak yeni Müdafiə naziri oldu

Bu gün, oktyabrın 14-də Ukrayna Ali Radası Stepan Poltorakı ölkənin müdafiə naziri təyin edib. Bu qərarın lehinə 245 xalq deputatı səs verib. Bundan əvvəl deputatlar Valeri Qeleteyi həmin vəzifədən 293 səslə azad etmişlər.

Xatırladaq ki, Ukrayna Prezidenti Pyotr Poroşenko oktyabrın 12-də V.Qeleteyi Müdafiə Nazirliyinin başçısı vəzifəsindən azad edib, ertəsi gün isə həmin vəzifəyə S.Poltorakın namizədliyi barədə təklif irəli sürüb.

Stepan Poltorak son bir ildə Ukraynada sayca dördüncü müdafiə naziridir. Ukrayna DİN Daxili Qoşunlarının sabiq komandanı, general-polkovnik S.Poltorak Ukrayna Milli Qvardiyasının komandanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə