Bu gün Bakıda daha bir gimnastika bayramı yaşadıq

Bu gün Bakıda daha bir gimnastika bayramı yaşadıq

Biz bu gün Bakıda daha bir gimnastika bayramı yaşadıq. Bakı Gimnastika Məktəbi Azərbaycanda yeganə məktəbdir. Zəngin ənənələrə malik olan bu məktəbin potensialı çox güclüdür. Məktəbin məzunları qitə, dünya, hətta Olimpiya çempionları da olublar. Bu sözləri Bakı Gimnastika Məktəbində keçirilən gimnastika axşamında iştirak edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.
O, Bakıda keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın uğurlu çıxışını xüsusi vurğulayıb. "Bakı-2015" birinci Avropa Oyunlarında idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə ümidvar olduğunu söyləyib.
Milli Gimnastika Arenasının istifadəyə verildiyini xatırladan Altay Həsənov əsas yığmanın bu arenada məşq etdiyini söyləyib.
O, paytaxtla yanaşı, bölgələrimizdə də idman komplekslərinin yaradıldığını, bu sahədə inkişafın getdiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə