İran İslam Respublikasında fəaliyyət göstərən bir sıra elektron və yazılı mətbuat orqanlarının nümayəndələrindən ibarət heyət oktyabrın 15-də Bakıya səfər edəcək. Səfərin məqsədi Azərbaycan-İran münasibətlərinin inkişafında mətbuatın rolunun gücləndirilməsidir.
Oktyabrın 17-dək davam edəcək səfər çərçivəsində iranlı jurnalistlərin Azərbaycanın media strukturlarının rəhbərləri ilə və rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Qonaqlar bir neçə media qurumunda iş prosesi ilə də maraqlanacaqlar.
Rabil Kətanov, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB