Abşeron rayonunda qızılca və məxmərək xəstəliklərinə qarşı profilaktik tədbirlərə başlanılıb. Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən aksiya zamanı rayonda fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində 11-15 yaş arasında şagirdlər peyvənd olunacaqlar.
Oktyabrın 14-də Xırdalan şəhərindəki 9 nömrəli tam orta məktəbdə rayon uşaq poliklinikasının həkim briqadası tərəfindən təhsil ocağının şagirdlərinin peyvənd olunması aksiyası keçirilib. Əvvəlcə şagirdlər müayinə edilib, daha sonra isə müvafiq vaksinlərlə peyvənd olunublar. Gün ərzində 100-250 şagirdin peyvənd edilməsi nəzərdə tutulub.
Abşeron Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin və Dünya Səhiyyə Təşkilatının nümayəndələrinin də iştirak etdikləri tədbirdə bildirilib ki, peyvənd aksiyası əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, oktyabrın 14-dən başlanan məktəblilərin peyvənd olunması aksiyası bu ayın 28–dək davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB