Mübariz Qurbanlı: "Azərbaycanda bu cür hallar mövcud deyil"

Mübariz Qurbanlı: "Azərbaycanda bu cür hallar mövcud deyil"

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mardı qəbul edib. Komitədən SİA- ya verilən məlumata görə, M. Qurbanlı rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında səfirə ətraflı məlumat verib, ölkəmizdə mövcud tolerantlıq, dinlərarası münasibətlər haqqında danışıb.

O qeyd edib ki, bu gün dünyada, xüsusən Avropada, Yaxın Şərqdə dinlərarası münaqişələr yaşansa da, Azərbaycanda bu cür hallar mövcud deyil.

Görüşdə həmçinin Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən din sahəsi ilə bağlı məsələlər müxtəlif aspektlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə