Davudoğlu: "Azərbaycan tərəfindən reallaşdırılan layihələr əhəmiyyətlidir"
Trans Anadolu qaz kəməri (TANAP) layihəsi Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsinin əyani göstəricisidir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu TANAP üçün boruların ixracı üzrə müqavilənin imzalanması zamanı deyib.
O bildirib ki, TANAP layihəsi üçün boru ixracını Türkiyənin "Borusan Mannesmann", "Noksel Çelik Boru" və "Erciyas Çelik Boru" şirkətləri təmin edəcəklər: " Azərbaycan tərəfindən reallaşdırılan bütün layihələr təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir: "Bir çox ölkələrdə böhran müşahidə olunsa da, Azərbaycan və Türkiyə belə iri iqtisadi layihələri reallaşdıra biliblər.Trans Anadolu qaz kəməri layihəsi regionda sülhün bərqərar olmasına kömək edəcək. 10 il əvvəl heç kim TANAP kimi iri layihənin reallaşdırılmasının mümkünlüyünü təsəvvür edə bilməzdi. Azərbaycan və Türkiyə Cənubi Qafqazla Avropanı birləşdirəcək enerji dəhlizi yaradırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB