Ordubad rayonunun Parağa kənd sakini tapdığı silah-sursatı təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ordubad rayonunun Parağa kənd sakini Sadiq Babayev tapdığı 1 ədəd nömrəsi silinmiş ov tüfəngini, 1 ədəd nömrəsi silinmiş siqnal tapançasını, 1 ədəd atəşə yararsız revolver tipli tapança, 1 ədəd əldədüzəltmə tüfəngi, 1 ədəd əldədüzəltmə qumbaranı, 37 ədəd müxtəlif çaplı patron könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB