Eldar Quliyev: "Maddi imkan var deyə israfçılığa yol vermək düzgün deyil" Münasibət

Eldar Quliyev: "Maddi imkan var deyə israfçılığa yol vermək düzgün deyil" Münasibət

"Azərbaycan vətəndaşının maddi rifah halı və yaşam tərzi ildən-ilə yaxşılaşır. Təbii ki, bu yaxşı haldır və hamımızı sevindirir ki, xalqımız yaxşı yaşayır. Lakin bu o demək deyil ki, israfçılığa yol verək". SİA-nın xəbərinə görə, bunu açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev toylardakı israfçılıqla bağlı danışarkən deyib.

"Bu gün mənim imkanım var deyə, nə istəyirəmsə onu da edim fikri düzgün yanaşma deyil"- deyən millət vəkili qeyd edib ki, qonşu ölkələr olan Türkiyə və İranda bu cür israfçılığa rast gəlmək mümkün deyil: "Hələ mən digər ölkələri demirəm. Niyə biz öz malımızı küçəyə atmalıyıq? Nəzərə alaq ki, toylarda masaların üzərinə düzülən çeşidli yeməklərin böyük qismi yeyilmir. Demirəm ki, insanları ac yola salsınlar, ancaq bir az qənaətcil olmaq lazımdır, çünki israfçılığın mənası yoxdur. Məgər 30-40 il öncə bizim toylarda bu cür israfçılıq vardı? Bu qədər israfçılığa yol vermək yerinə, əvəzində övladlarımıza yaxşı bir hədiyyə ala bilərik".

E. Quliyev problemin həlli kimi insanlar arasında ciddi maarfləndirmə işlərinin aparılmasının vacib olduğunu qeyd edib: "Hətta evimizdə uşağlarımızı tərbiyə etməliyik ki, onlar da israfçılığa yol verməsinlər. Maddi imkan var deyə, hər şeyi tələb etmək və ya israfçılığa yol vermək düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə