Əlillərlə bağlı layihəyə yekun vuruldu

Əlillərlə bağlı layihəyə yekun vuruldu

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək" adlı layihə gerçəkləşdirilib. SİA-nın məlumatına görə, bununla bağlı olaraq İstedadlı Əlillər İctimai Birliyi yekun tədbir keçirib. Tədbiri giriş sözü ilə İsdedalı Əlillər İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul açıb. Daha sonra layihə rəhbəri İƏİB-in sədri Cavad Qasımov çıxış edib. Layihənin müddəti və strukturu haqqında geniş məlumat verən layihə rəhbəri sözlərinə belə davam edib: "Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 4 ay müddətinə həyata keçirilib. Bu gün isə sözügedən layihə çərçivəsində hesabat xarakterli son mətbuat konfransı ilə layihəni yekunlaşdırırıq. Bu bu layihə çərçivəsində əlilliyi olan insanların hüquq və təhsil problemlərinin həllinə dəstək və istedadlı əlillərin aşkarlanıb üzə çıxmasına, onların gələcək fəaliyyətinə stimulverici dəstək olmaq məqsədi ilə bir çox səmərəli tədbirlər həyata keçirdik. Aidiyyatı təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, sərgilər, konsertlər və əlilliyi olan insanlar üçün kompyuter kursları təşkil etdik".

Daha sonra əlillər layihə ilə bağlı fikirlərini bildirərək, konsultasiyalar, kurslar, seminarlar və müsabiqələrdən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə