Millət vəkili: "Çörəyin qiymətində artım gözlənilmir" Açıqlama

Millət vəkili: "Çörəyin qiymətində artım gözlənilmir" Açıqlama

"Bu yayın quraqlıq keçməsinə baxmayaraq, nəinki bu gün, hətta yaxın gələcəkdə də çörəyin qiymətinin artırılması məsələsi gündəmdə olmayacaq". SİA-nın xəbərinə görə, bunu açıqlamasında Millin Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan özünü buğda ilə təmin edə bilir, lakin buna baxmayaraq buğdanın az bir hissəsi, təxminən 25-30 %-i xaricdən gətirilir: "Bu ənənə davamlı şəkildə həyata keçirilir. Bildiyiniz kimi, hazrda Çexiya nümayəndə heyəti Azərbaycanda səfərdədir və onlar da ölkəmizə buğda ixrac etməyə hazır olduqlarını bildirdilər".

Millət vəkili həmçinin qeyd edib ki, son illərin statistikasına nəzər yetirsək, insanların çörəyə olan təlabatının azaldığının şahidi olarıq: "Bunu öz ailəmin timsalında da misal çəkə bilərəm. İnsanlar israfçılığa yol vermədən yeyə bildikləri qədər çörək almalıdır, çünki küçə ilə gedərkən yolun kənarında paketlərdə çörək qalıqlarına rast gəlirik".

Bütün xəbərlər Facebook səhifəmizdə