Səfirliklər tərəfindən Qədir Xum Bayramı qeyd edilib

Səfirliklər tərəfindən Qədir Xum Bayramı qeyd edilib

Bun gün İraq Səfirliyi, İraqın İmam Əli hərəminin heyəti və İbrət Press İnformasiya Agentliyinin təşkilatçılığı ilə Beynəlxalq Qədir – Xum Bayramı münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə İraqın Azərbaycandakı səfiri və bir çox müsəlman ölkələrinin səfiri iştirak edib. İraqdakı müqəddəs yerlərin Azərbaycan nümayəndəsi Atif İsmayılov danışaraq Azərbaycanın müstəqillik əldə etdikdən sonra dini fəaliyyətlərin sərbəst şəkildə həyata keçirildiyini vurğulayıb. İraqdan gələn qonaqların Azərbaycanla İraq arasındaki dini – mədəni əlaqələrin daha genişlənməsində əsas rol oynayacağını bildirib.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev tədbir iştirakçılarını salamlayaraq, bayram münasibətilə tədbir iştirakçılarını salamlayıb. Şeyxin salamlarını iştirakçılara çatdırıb və Qədir Xum hadisəsinin tarixindən danışıb: " Peyğəmbərimiz ziyarətindən qayıdan zaman Məkkə ilə Mədinə arasındaki Qədir Xum bölgəsində xutbə hadisəsi baş verir. Xutbə hadisəsində peyğəmbərimiz Həzrəti Əlini canişin təyin edir".

Ölkəmizdə Qədir Xum hadisəsinin keçirilmə tarixindən və müəyyən vaxtlarda qarşıya çıxan problemlərdən danışan QMİ sədr müavini sözlərini belə yekunlaşdırıb: "Tarixdə siyasi hadisələr bu günü müqəddəs günlər siyahısından silmək istəyib. Lakin bu mümkün olmayıb. Çünkü bu xutbənin mahiyyəti Allah tərəfindən göndərilib".

Tədbirin davamında isə, müxtəlif müsəlman ölkələrinin nümayəndələri Qədir Xum bayramından danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə