Nazir Göyçayda vətəndaşları qəbul edəcək

Nazir Göyçayda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oktyabrın 24-də Göyçay şəhərində vətəndaşların qəbulunu keçirəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Göyçay, Kürdəmir və Ucar rayonlarının vətəndaşları qəbul olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt"i, həmçinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə