Bu yol bağlı olacaq XƏBƏRDARLIQ

Bakı qəsəbələri arasında yolda hərəkət məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən məlumata görə, "Azəryolservis" ASC-dən bildiriblər ki, bu gün saat 11:00-dan etibarən Mərdəkan yol qovşağından Zaqulba-İqamətgah dairəsinə qədər yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

Bu məqsədilə Mərdəkan yol qovşağından Zaqulba-İqamətgah dairəsinə qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə