Samux rayonunun elektrik təsərrüfatında əsaslı şəkildə yenidənqurma işləri aparılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon ərazisində 900 ədəd dayaq yenisi ilə əvəz olunub. Yerdə qalan 2000 yararsız dayaq isə mərhələli şəkildə yenilənəcək. Bununla yanaşı 70 km-ə yaxın naqil də dəyişdirilib. 6 kilometr yeni elektrik xətti çəkilib. Qış mövsümünə hazırlıq çərçivəsində 130-a qədər güc transformatorunda təmir işləri aparılıb.
Qeyd edək ki, Samux Elektrik Şəbəkəsi 40 yaşayış məntəqəsi üzrə 13500 abonentə xidmət göstərir.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB