Nizami rayonunda ordudan tərxis olunmuş gənclərlə görüş

Nizami rayonunda ordudan tərxis olunmuş gənclərlə görüş

Oktyabrın 13-də Nizami rayonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunmuş bir qrup gənc ilə görüş keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.

Qeyd olunub ki, Ulu Öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək uğurla həyata keçirilir. Regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və gərgin əməyinin bəhrəsidir.

Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz olunduğunu, yüksək nizam-intizamı və döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu kimi formalaşdığını qeyd ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin rəisi vəzifəsini icra edən Rövşən Babayev ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsinə daim diqqət yetirdiyini vurğulayıb.

Ordudan tərxis olunmuş gənclər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə hər an hazır olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə