YAP GB-də layihənin bağlanış tədbiri keçirilib FOTOLAR

YAP GB-də layihənin bağlanış tədbiri keçirilib FOTOLAR

YAP Gənclər Birliyinin ofisində "Ekologiyasız Həyat Yoxdur" adlı layihənin bağlanış tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP GB-nin sədri Seymur Orucov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov ekologiyanın, ekoloji mühitin qorunmasında cəmiyyətin hər bir üzvünün diqqətli olmasının vacib olduğunu qeyd edərək bildirib ki, ölkəmizdə son illərdə ekologiya ilə bağlı görülən işlər, həyata keçirilən tədbirlər dövlətimizin bu sahəyə olan diqqət və qayğısının göstəricisidir. Nitqini davam etdirən Seymur Orucov onu da əlavə edib ki, ekoloji problemləri daima diqqətdə saxlamaq, onlara nəzarət etmək və bunların qarşısını almaq üçün daima maarifləndirmə işləri aparmaq lazımdır.

Sonra çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Ekologiyanın hazırki dövrdə xüsusi əhəmiyyət kəsb edən sahə olduğunu qeyd edərək, ekoloji mühitin qorunması, bununla bağlı layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.Nazir müavini onu da əlavə edib ki, bu tip layihələr ekoloji problemlərin əhaliyə çatdırılmasında da mühüm rola malikdir.

Sonra mövzu ilə bağlı gənclərin sualları cavablandırılıb. Sonda layihə iştirakçısı olan gənclərə sertifikatlar təqdim olunub. Onu da qeyd edək ki, "Ekologiyasız Həyat Yoxdur" layihəsi YAP GB-nin elan etdiyi "Ekologiya Ayı" çərçivəsində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə