Gəncə qışa hazırdır

"Gəncədə qışda qarlı günlərdə avtomobillərin, eləcə də piyadaların hərəkətində heç bir problem yaşanmayacaq". Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, tədbirlər planına uyğun olaraq qış mövsümünün gəlişi ilə bağlı olaraq bütün ehtiyat tədbirləri görülüb. Qarlı yollara tökmək üçün 100 kub metr qum, 25 ton duz ehtiyatı tədarük edilib. Bundan əlavə küçə və prospektlərin qardan təmizlənməsi üçün 3 avtoqreyder, 4 avtosüpürən, 45 ədəd özü yükü boşaldan avtomobil və digər texniki vəsaitlər hazır vəziyyətdədir.

Qeyd edək ki, bundan əlavə şəhərin 11 mənzil istismar idarəsinin hər birinə yolu qardan təmizləmək üçün 11 kürək, 11 bel verilib, 1000-ə yaxın işçiyə isə qış geyimləri paylanıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə