Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat katibi Məcid Musayev Rusiyanın A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun "Dostlar Klubu"nun növbəti illik iclasında iştirak etmək üçün 14 – 18 oktyabr 2014-cü il tarixlərində Moskva şəhərinə səfər edəcək. SİA-nın məlumatına görə, tədbir iştirakçıları fondun icraçı direktoru Leonid Draçevski ilə görüşəcək, fondun 2014-cü ildə həyata keçirdiyi layihələrlə tanış olacaqlar. Bundan əlavə, onlar Rusiyanın müxtəlif tanınmış elm, dövlət (siyasət) və idman rəsmiləri görüşlərə qatılacaqlar.
Görüşlərdə ölkəmizdə reallaşdırılan gənclər və təhsil siyasətini təqdim edəcək Məcid Musayev, MDB gənclərini ATGTİ-nin fəaliyyəti ilə də yaxından tanış edəcək.
Tədbirin yekununda Rusiya Xarici İşlər Nazirliyinin qonaq evində təşkil olunacaq rəsmi bağlanış tədbirində Qorçakov Fondunun "Dostlar Klubu" yeni qəbul olunmuş təmsilçilərin təltifetmə mərasimi baş tutacaq.
Xatırladırıq ki, ATGTİ-nin mətbuat katibi Məcid Musayev 2013-cü ilin yanvarında Rusiyanın A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun gənc mütəxəssisi statusuna layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB