Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) ofisində təşkil olunmuş rus dili kurslarının 1-ci mərhələsinin bağlanışı, 2-ci mərhələsinin və ingilis dili kurslarının açılış tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP GB Ofisinin rəhbəri Əli Pənahov, gənclərə ingilis-dilini tədris edəcək Sədcad Mahmudov və kursun iştirakçısı olmuş gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov hazırkı şəraitdə xarici dil bilməyin əhəmiyyətini vurğulayaraq bildirib ki, Yap Gənclər Birliyinin təşkil etdiyi dil kurslarının əsas məqsədi gənclərimizin xarici dil biliklərinin artırılması və onların dil vərdişlərinə yiyələnməsi təşkil edir.
Nitqini davam etdirən Seymur Orucov onu da əlavə edib ki, artıq ingilis-dili üzrə 209, rus dili üzrə 160 gənc qeydiyyatdan keçib. Xarici dil vərdişlərinə yiyələnməyin vacib olduğunu qeyd edən Seymur Orucov ümidvar olduğunu bildirib ki, gənclərimiz dil biliklərini daha da təkmilləşdirərək ölkəmizi müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərdə layiqincə təmsil edəcəklər.Daha sonra kurs müddətində xarici dilləri tədris edəcək müəllimlər dərslərin keçirilmə strukturu, keçiriləcək dərslərin hansı formatda olacağı, gənclərin dil biliklərinin yoxlanılaraq, səviyyələrə bölünməsi haqqında məlumat veriblər.
Tədbirin sonunda dil kurslarının 1-ci mərhələsini bitirən gənclərə sertifikatlar təqdim olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB