Fermerlərin aqrolizinqlərə marağı artıb FOTO

Fermerlərin aqrolizinqlərə marağı artıb FOTO

"Aqrolizinq"Açıq Səhmdar Cəmiyyətinin regional bazasında fermerlərin əkin işlərinin aparılması üçün texnikaların verilməsinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu texnikalar icarə və alqı-satqı yolu ilə həyata keçirilir. Məsələ burasındadır ki, payızlıq əkin mövsümünün başlanması ilə buradan və digər aqrolizinq təchizat bazalarından texnikalara maraq artıb.

Vaxtında şum işlərinin həyata keçirilməsi bol məhsul üçün başlıca şərtdir ki, bunu da fermerlər yaxşı anlayır. Fermerlərin texnikalara marağını Aqrolizinqin Gəncə Regional Təchizat bazasından da təsdiq edirlər. Maraq xüsusən Türkiyə istehsalı olan kotanların, eləcə də Belarusiya istehsalı olan "MTZ" traktorlarınadır.

Gübrələrə gəlincə sözügedən bu anbara hələlik gübrə gətirilməyib. Keçən il isə bura 360 ton gübrə gətirilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə