Gəncə Vaqonqayırma zavodunda istehsal olunacaq sərnişin vaqonları həm də ixrac olunacaq. SİA-nın xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gəncədə "Stadler" şirkəti ilə birgə inşa ediləcək Vaqonqayırma zavodunun əsas hədəflərindən biri ölkənin daxili tələbatının təmin olunması ilə yanaşı, Mərkəzi Asiyaya, İrana və başqa ölkələrə sərnişin vaqonlarının ixracıdır: "Əvvəlcə zavodda il ərzində 50 dəmiryol vaqonu istehsal olunacaq. Zavodun tikintisi bir il yarıma başa çatacaq. Yaxın vaxtlarda yeni müəssisənin təməlqoyma mərasimi keçiriləcək. Yeni vaqonqayırma müəssisəsinin yaradılması layihəsi çox əhəmiyyətlidir. Çünki zavod istehsalla yanaşı, ölkədə vaqonların əsaslı təmirinə də imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB