Sabunçu və Suraxanıda su olmayacaq vətəndaşların nəzərinə

Sabunçu və Suraxanıda su olmayacaq vətəndaşların nəzərinə

Maştağa-Ramana-Sabunçu magistral su kəmərinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilən 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah, 14 oktyabr saat 09:00-dan etibarən Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə- Ramana Südçülük Sovxozuna, məcburi köçkün şəhərciyinə, Yeni Suraxanı və Savalan yaşayış massivlərinə, eləcə də Samir Əliyev küçəsinin bir hissəsinə içməli suyun verilməsi 36 saat müddətində məhdudlaşdırılacaq. Bu barədə SİA-ya "Azərsu" ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə