Qeydiyyatdan keçən təşkilatların sayı artıb

Qeydiyyatdan keçən təşkilatların sayı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyata alınan müəssisə və təşkilatların sayı artaraq 5491-ə çatıb. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni müəssisələrin 57,3 faizi Bakıda, 8,8 faizi Aran, 8,2 faizi Abşeron, 7,7 faizi Lənkəran iqtisadi rayonunda, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin doqquz ayında 55664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakı şəhərində, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki iqtisadi rayonlarında qeydiyyata alınıblar

Bütün xəbərlər Facebook səhifəmizdə