Həftənin ilk iş günü üçün hava proqnozu

Həftənin ilk iş günü üçün hava proqnozu

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s sürətlə əsəcək. Havanın temperaturunun gecə 12-15, gündüz 19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi dağlıq ərazilərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında oktyabrın 13-də əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman ehtimalı var. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə