Müstəqillik günü ilə bağlı paytaxta bir sıra tədbirlər keçiriləcək
Bakı şəhər rayonlarının mədəniyyət mərkəzlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümünə həsr edilən tədbirlər keçiriləcək. SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təsdiq etdiyi tədbirlər planına əsasən, əlamətdar gün münasibətilə paytaxtın Nəsimi, Səbail, Yasamal, Sabunçu, Binəqədi, Qaradağ, Xətai, Nizami, Xəzər, Nərimanov rayonlarının mədəniyyət mərkəzlərində sərgilər, söhbətlər, "dəyirmi masa"lar və digər tədbirlər təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB