Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 16-da saat 10:00-da qurumun Yevlax rayon şöbəsinin inzibati binasında (Yevlax şəhəri, K.Sabitov küçəsi, 19) Zərdab, Ucar, Ağdaş, Göyçay, Tərtər, Bərdə və Yevlax rayonlarının sakinlərini qəbul edəcək.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların oktyabrın 15-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə