Bu gün YAP Gənclər Birliyinin ofisində gənclər üçün təşkil olunan dil kurslarının ikinci mərhələsinin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə kurslar rus və ingilis dilləri üzrə keçiriləcək.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihənin önəmindən və müasir dövrdə xarici dillərin gənclərin fəaliyyətindəki əhəmiyyətindən danışıb: "Hal-hazırda dünyanın ən aparıcı dilləri rus və ingilis dilləridir. Bu baxımdan YAP Gənclər Birliyi aktiv gənclərimizin dil biliklərini inkişaf etdirmək üçün pulsuz dil kursları təşkil edir. Kursların birinci mərhələsi başa çatıb, indi isə ikinci mərhələsinə start verilir. Artıq İngilis dili üzrə 209, Rus dili üzrə 160 gənc qeydiyyatdan keçib. Ümid edirik ki, gənclərimiz bu dilləri lazimi səviyyədə mənimsəyib Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcəklər".
Daha sonra kurs müddətində ingilis və rus dillərini tədris edəcək müəllimlər dərslərin keçirilmə strukturu, gənclərin dil biliklərinin yoxlanılaraq səviyyələrə bölünməsi, kursların neçə müddət davam edəcəyi haqqında məlumat veriblər.
Tədbirin sonunda layihənin birinci mərhələsində iştirak edib dil biliklərini möhkəmləndirən gənclərə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB