Kərimov Poroşenkoya səsləndi "Qəti qərar verməlidir"

Kərimov Poroşenkoya səsləndi "Qəti qərar verməlidir"

"Ukrayna prezidenti Petro Poroşenkonun MDB-nin sammitinə gəlməməsi faktı elə təəssürat yaradır ki, Poroşenko bu birliyin ona lazım olub-olmasını müəyyən edə bilmir". Bu sözləri Özbəkistan prezidenti İslam Kərimov bildirib.

"Elə təəssürat yaranır ki, Poroşenkonun fikirləri haçalanır. O, bir tərəfdən MDB-dən çıxmaq, digər tərəfdən isə öz xeyrinə bu qurumun işində iştirak etmək istəyir".

Özbəkistan prezidenti bildirib ki, Ukrayna prezidentinin gəlməsi Ukrayna böhranına dair məsələyə aydınlıq gətirməyə imkan verərdi, lakin, bu baş verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə