Erməni diversiya qrupunun üzvünün nəşi Ermənistana təhvil verildi
Azərbaycan erməni diversiya qrupunun üzvünün nəşini Ermənistana təhvil verib. SİA-nın xəbərinə görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 7 avqust 2014-cü il tarixdə Respublikanın ərazisində saxlanmış və 8 avqust 2014-cü il tarixdə saxlanma yerində qəflətən ölmüş Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşini qarşı tərəfə qaytarıb. Proses 10 oktyabr 2014-cü il tarixdə Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində baş tutub.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB