Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Vətənə qayıdıb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Vətənə qayıdıb

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. SİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə