Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, oktyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 160 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 129 m3/s olmaqla, ongünlük normanın 135 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 152 m3/s təşkil edərək ongünlük normanın 159 faizinə bərabər olub.
Oktyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Şirvanda 16, Salyanda 19, Araz çayının Novruzlu məntəqəsində 15 sm artım, Bankədə isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm, Şirvanda 167 sm, Salyanda 124 sm, Bankədə 175 sm, Araz çayının Novruzlu məntəqəsində isə 55 sm təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB