Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyata alınmış müəssisə və təşkilatların sayı artmaqda davam edərək 5 491 olub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yeni müəssisələrin 57,3%-i Bakıda, 8,8%-i Aran, 8,2%-i Abşeron, 7,7%-i Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında 55 664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB