Hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Günündə psixi sağlamlıq problemlərinə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsi yüksəldilir. Məhz Ümumdünya Pxisi Sağlamlıq Günündə psixi pozğunluqdan əziyyət çəkənlərin lazımi müalicə ilə təmin olunmasına və sağlam yaşamağa çağırış ifadə edilir. Bu gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Bu məqsədlə bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Sabunçu rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Reabilitasiya şöbəsinin pasientlərinin təşəbbüsü ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd cəmiyyətin psixi pozuntudan əziyyət çəkən insanlarına qarşı stiqmanın aradan qaldırılmasıdır.
Tədbirdə Sabunçu rayon Maştağa qəsəbəsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov, xəstəxanın şöbə müdiri Tural Rzayev çıxış edərək diqqətə çatdırıblar ki, 2012-ci ilin sentyabr ayından xəstəxana nəzdində Pasientlər Şurası fəaliyyət göstərir.
Vurğulanıb ki, Pasientlər şurasının təklifi ilə açıq havada çay dəstgahı, Yeni il, 26 fevral Xocalı faciəsinə dair tədbir, 8 mart Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 10 May, Ramazan bayramına dair tədbirlər keçirilib.
Çıxışçılar nitqlərində qeyd ediblər ki, 2 dəfə Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi ilə birgə mədəniyyət gecələri keçirilib, "qırmızı papaq", "o olmasın bu olsun" tamaşaları, pantomima teatrı, rəqs, musiqi, əl işləri nümayiş olunub: "2014-cü ilin fevral ayında Xəstəxana üzrə pasientlər arasında dama yarışması keçirilib".
Sabunçu rayon İcra hakimiyyətinin baş məsləhətçisi Samirə Mehdiyeva deyib ki, bu günün qeyd olunmasında məqsəd yeni münasibətinin yaranması, bu işin vacib olmasına dəstək, insanlar arasında yeni münasibətlərin inkişaf olunması üçün birləşməkdən, digər insanlarda bu problemə maraq yaratmaqdan ibarətdir: "Bu gündə bütün dünyada psixi xəstəliklər haqqında açıq diskussiya aparılır ki, bu da psixi sağlamlığın qorunmasının inkişafına və psixi xəstəliklərin profilaktikasının mükəmməlləşməsinə yönəndirilir".
Daha sonra tədbirdə tamaşa, rəqs, musiqi, pantamimo, şer, rəsm əsərləri və müxtəlif əl işləri sərgilənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB