Belarus paytaxtında MDB Dövlət Başçıları Şurasının iclası işə başlayıb. Birlik ölkələrinin liderləri görüşün keçiriləcəyi Minskin Müstəqillik Sarayına gəliblər. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, gözlənildiyi kimi, Ukrayna Prezidenti Petro Poroşenko zirvə toplantısına qatılmayıb. Bu ölkəni Minskdəki səfir Mixail Yejel təmsil edir.
Zirvə toplantısında iqtisadi, humanitar və hüquq-mühafizə sahələrində çoxtərəfli əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.
Görüşə çoxplanlı qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, narkotiklər üzərində beynəlxalq nəzarət sisteminin möhkəmləndirilməsi, insan alverinə qarşı mübarizəyə yönəlmiş bir sıra sənədlər hazırlanıb.
MDB çərçivəsində tədbirlər başa çatdıqdan sonra Avrasiya İqtisadi Cəmiyyətinin Dövlətlərarası Şurası (oraya RF, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) və Ali Avrasiya iqtisadi Şurası formatında görüşlər keçiriləcək.
İclasın iştirakçılarını salamlayan Belarus Prezidenti dövlət və hökumət başçılarının bu tədbirdə iştirakını yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB