DİN qaçırılaraq boğulan qızla bağlı açıqlama yaydı

Bu haqda informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb
DİN qaçırılaraq boğulan qızla bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda qaçırılaraq öldürülən qız barədə xəbər yayıb. Xəbərdə deyilir ki, Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

İlkin araşdırmalar zamanı S.Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədilə oğurlanıb. Qız Hacıbədəlli kəndinə aparılıb və aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən boğulub. Daha sonra Aydın Qasımov qızın meyidini küçəyə atıb.

Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə