Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
Oktyabrın 9-da Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov ölkəmizdə səfərdə olan Qazaxıstan xarici işlər nazirinin birinci müavini, EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərgisinin komissarı Rapil Joşıbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub. Mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd edilib. Azərbaycan tərəfi EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərgisinin Qazaxıstanın Astana şəhərində keçirilməsi ilə əlaqədar uğurlar arzulayıb.
Rapil Joşibayev Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini deyib. O, Qazaxıstanın beynəlxalq sərgiyə hazırlıq işləri barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB