Aydın Hüseynov: "2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib"

Aydın Hüseynov: "2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib"

2014-cü ilin ötən doqquz ayı Azərbaycan üçün kifayət qədər uğurlu olub. İqtisadiyyatın inkişafı güclü iqtisadi potensial və mükəmməl idarətmə strategiyasının vəhdəti sayəsində dərinləşib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını şərh edən YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun SİA-ya verdiyi məlumata görə, ötən 6 ayda bütün makroiqtisadi sahələrdə artım qeydə alınıb, sənaye, kənd təsərrüfatı məhsulları istehsalı 5 faizdən çox artıb. Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artıb.

Aydın Hüseynovun sözlərinə görə, ölkəmizdə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin edib. Üçüncü rübdə ölkəmizin iqtisadi, siyasi, sosial, elmi-mədəni, humanitar sahələrində əhəmiyyətli dəyişiklərlə müşayiət olunub: "Dövlət başçısının bildirdiyi kimi bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub. Ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. Qeyri-neft sektorunun ÜDM-də payı 57 faizə çatıb. "Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunun tammənada keyfiyyət dəyişikliklərinə məruz qaldığını şərtləndirir. Bu tendensiya onu göstərir ki, iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin məntiqi nəticəsi olaraq neftdənkənar sahələrin sıçrayışı və bu potensialın umumi inkişaf yönləndirilməsi bir sistem təşkil etməkdədir. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər".

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun sözlərinə görə, cari ilin 9 ayında əhalinin gəlirləri 5,4 faiz artıb, inflyasiya 1,5 faiz təşkil edib. Bu isə əhalinin gəlirlərinin qiymət artımını 4 dəfə üstələdiyini göstərir. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, xərcləri isə 8,7 milyard manat olub.Ölkəmizin strateji valyuta ehtiyatları 53 milyard manatı keçib. İqtisadiyyata böyük həcmdə 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır.

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini bildirib ki, ölkə iqtisadiyyatı birinci yarımillikdə iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri ilə müşahidə olunub. Orta aylıq əmək haqqı hazırda 450 manata çatıb.

"Sosial sahədə baş verən müsbət dəyişikliklər davamlı olaraq maaşların və pensiyaların artması üçün imkanlar yaradıb. Prezidentin qeyd etdiyi kimi maaşlar, pensiyalar qalxır və bu tendensiya doqquz ayda da davam etmişdir. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir. Hazırda Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə, MDB-də ən yaxşı göstəricilərdən birinə yaxınlaşıb. Bu tendensiya, həmçinin, Azərbaycan hökumətinin iqtisadi artım fonunda sosial dövlət strategiyasının möhkəmlənməsinə yönəlmiş siyasətinin reallaşdığını göstərir", - deyə A.Hüseynov əlavə edib.

Ötən dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunduğunu qeyd edən A.Hüseynov bildirib ki, bu ilin doqquz ayında 100 mindən çox yeni iş yeri yaradılıb: "Bununla da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb. Bölgələrdə infrastruktur layihələri uğurla icra edilib və bu proses davam edir. Regionlarda aparılan geniş quruculuq işləri və yeni istehsal obyektlərinin aşılması insanların işlə təmin edilməsinə, məşğulluğun artmasına səbəb olub. İşsizlik kəskin şəkildə aşağı düşüb və hazırda 5 faiz səviyyəsindədir.

2014-cü ilin ötən dövründə respublikamızın beynəlxalq reytinqi də güclənib, ən mötəbər qurumların beynəlxalq hesabatlarında Azərbaycanın islahatçı ölkə kimi mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülüb. Azərbaycanın dövlər başçısının bəyan etdiyi kimi ölkəmiz dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir. Dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə