Komitə sədri Siyəzəndə qəbul keçirəcək

Komitə sədri Siyəzəndə qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov oktyabrın 10-da Siyəzən şəhərində ətraf bölgələr də əhatə olunmaqla vətəndaşların qəbulunu keçirəcək.
DTXK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Qəbul saat 09.00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə