Sabah Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasıTəşkilatının (AGAT) "Etika Akademiyası - Fərdi İnkişaf Mərkəzi"nin açılış mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, Etika Akademiyası Azərbaycanda etika istiqamətində fəaliyyət göstərən ilk mərkəzdir.
Etika Akademiyası peşəkar davranış qaydalarının öyrənməsinin vahid bazasıdır. Akademiyada iş dünyasında hazırlıq proqramları, insan resursu ("CV necə yazılır", "ilk musahibəni uğurla keçmək", "3 ay sınaq müddəti") etik davranışlar, kvalifikasiyaların artırılması üzrə Böyük Britaniyanın Kommersiya Menecmentlik İnstitutunun bir neçə biznes proqramları tədris və ixtisas sənədləri veriləcək.
Açılış mərasimində Prezident Administrasiyasının, Nərimanov rayon İcra Hakimiyyətinin, Nərimanov rayonu Gənclər və İdman idarəsinin, Fransa və Rumıniyanın fövqəladə səfirləri, kommersiya təşklilatlarının və ictimaiyyət nümayəndələri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB