Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” adlı kitabı müzakirə olunub FOTOLAR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasının müzakirəsi keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Rafael Hüseynov Moskvada rus dilində çap edilən kitabın əhəmiyyətindən söz açaraq, əsərin qiymətli bir tarixi mənbə olduğunu bildirib.
R. Hüseynov deyib ki, müəllif ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunan mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti oxuculara təqdim edir.
Onun sözlərinə görə, əsərdə həm də Dağlıq Qarabağ probleminin həlli istiqamətində törədilən süni maneələrə də münasibət bildirilib: "Kitab Dağlıq Qarabağ münaqişəsini bütün kökləri ilə meydana qoyan, dərindən açıb ümumiləşdirən və bu sahədə saxtakarlıqları dünya ictimaiyyətinə çatdıran elmi əsərdir".
Tədbirdə millət vəkili Rövşən Rzayev, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini Xatirə Bəşirli, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli və başqaları çıxış edərək monoqrafiyanın tarixi əhəmiyyətindən, qarşıya qoyulan problemin tədqiqat-araşdırılma istiqamətlərindən danışıblar, kitabın müxtəlif dillərə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılmasını təklif ediblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB